Bu tədbir keçmişi anmaqla qalmayacaq, eyni zamanda ortaq gələcəyimizinn strateji tərəflərini müzakirə etmək baxımından önəmlidir.
Musavat.com xəbər verir ki, bunu 3 may - Türkçülük Gününə həsr olunmuş “Dildə, fikirdə, İşdə Birlik: Türk dünyasının gələcəyi” adı altında paneldə çıxışı zamanı Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib.
Səfir müasir dünyanın reallıqlarını nəzərə alaraq gələcəyi qurmağın önəmindən bəhs edib:
“Türk dünyası dövlətləri ortaq hədəflər üçün çalışır. Bölgədə sülhün bərqərar olması, o cümlədən bir çox sahədə ortaq strategiyanın müəyyənləşdirilməsi üçün birgə çalışma davam edəcək”.
Diplomat əlavə edib ki, türk dünyası xarici müdaxilələrə qarşı birləşməlidir:
“Türk Dövlətləri Təşkilatı hər hansı üçüncü ölkəyə qarşı təşkilat deyil, əksinə, dialoqu genişləndirmə platformasıdır. Növbəti ildə ortaq türk əlifbasının təqdimatını səbirsizliklə gözləyirik”.
Nigar HƏSƏNLİ,
Musavat.com