Musavat.com xəbər verir ki, 15 noyabrda Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Patriarxı Daniil ilə görüşüb.
Görüşün əvvəlində Rumıniya Patriarxı səfiri qəbul etməkdən məmnunluğunu ifadə edib. Patriarx Daniil Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunub, əlaqələrin bir çox sahələrdə inkişafının zəruriliyini qeyd edib. Həmçinin, Rumın pravoslav kilsəsinin rəhbəri pravoslav icma üçün Azərbaycanda xüsusi dini, tarixi və mədəni əhəmiyyət kəsb edən məkanlara ziyarətlərin təşkilinin faydasını qiymətləndirib.
Səfir öz növbəsində, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında mövcud olan həmrəylik, tolerantlıq və dözümlülük mühiti barədə danışıb, dinlərarası dialoqu möhkəmləndirən dövlət siyasəti barədə məlumat verib. Bundan əlavə, diplomat müasir Rumıniya cəmiyyətində, Rumıniya xalqının birliyində Pravoslav Kilsəsinin mühüm rolunu vurğulayıb.
Görüşün sonunda Patriarx Daniil Azərbaycan səfirinə Rumıniyadakı fəaliyyətində uğurlar arzulayıb.
Musavat.com