Bu gün 44 günlük müharibə zamanı Gəncənin ilk raket hücumuna məruz qalmasından 2 il keçir.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Twitter”də bildirib: “Biz bu faciənin günahsız qurbanlarını dərin hüznlə anıb, onların yaxınlarına başsağlığı diləyirik”, - diplomat qeyd edib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Vətən müharibəsi dövründə Gəncənin mərkəzinə əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə ilk hücumundan 2 il ötür.
Nigar HƏSƏNLİ
Musavat.com