Səfir: "ABŞ Cənubi Qafqazda müstəqilliyi və suverenliyi dəstəkləyən bir ölkə olub"

"Biz Azərbaycanla müxtəlif sahələrdə 30 ildir əməkdaşlıq edirik. Bura enerji sahəsi, insan haqları və s aiddir”.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ səfiri Örl Litzenberqer jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasından və Azərbaycanın SSRİ-dən ayrılmasından 30 il ötür. Bu müddətdə ABŞ Cənubi Qafqazda müstəqilliyi və suverenliyi dəstəkləyən bir ölkə olub”,- deyə səfir bildirib.

Örl Litzenberqer ABŞ-ın Azərbaycanın uzunmüddətli və güclü dostu kimi regionda sülhün əldə olunmasına, xalqlararası əlaqələrin qurulmasına, nəqliyyat və kommunikasiyanın açılmasına dəstək verməyə hazır olduğunu əlavə edib.

Musavat.com

19.04.2022 15:51
211