ABŞ-nin Dallas şəhərində yerləşən "Mecum Auctions" hərrac evində düşərgə (kamp) səfərləri üçün istifadə edilən avtomobil hərraca çıxarılacaq.
Auto.ru portalı xəbər verir ki, "Jimmy Casa Grande" adlandırılan avtomobil 1977-ci ildə istifadəyə verilsə də, maşın əla vəziyyətdədir.
Qeyd olunur ki, praktikliyi ilə seçilən avtomobil mətbəx, soyuducu, qaz sobası, ortaya çıxarıla bilən stol və iki kiçik divanla təchiz edilib.
Maşının ilkin hərrac qiyməti 149 min avrodur (280 min manat).//Oxu.az