“Sədərək”də polis əməkdaşı tüstüdən zəhərlənib

“Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı təhlükəsizlik tədbirlərinə cəlb olunan bir polis əməkdaşı tüstüdən zəhərlənib.

Musavat.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Polis əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi davam etdirilir.

08.01.2023 22:46
436