“Sədərək”də mağazadan 10 min manat pul oğurlandı

"Sədərək" Ticarət Mərkəzində oğurluq olub.

Lent.az-ın məlumatına görə, ticarət mərkəzində yerləşən Nemət Xaspoladova məxsus mağazadan 10 min manat pul oğurlanıb.

Mağaza sahibi bu barədə polisə şikayət edib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.

18.07.2023 02:19
414