Məşhur türkiyəli sənətçi Seda Sayan 7-ci dəfə ərə gedir.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, sənətçi özündən 25 yaş kiçik sevgilisi, musiqiçi Çağlar Ökten ilə nikah masasına əyləşəcəyini açıqlayıb:
"Evlilik təklifi aldığım düzdür. Çağlar özü də əvvəllər bir dəfə evlənib, onun 11 yaşlı oğlu var. Çağlar ilə yaxşı münasibətimiz var. Xeyirlisini arzulayıram".
Xatırladaq ki, Seda Sayan bundan əvvəl 6 dəfə ailə həyatı qurub. Onun Oğulcan Engin adında bir övladı var.
Xalidə Gəray,
Musavat.com