Seçkilərə başı qarışan ABŞ-ın İsrailə gücü çatmır - ŞOK İDDİA

Qarşıdan gələn ABŞ seçkiləri ilə əlaqədar Amerika rəsmiləri İsraili İranın son hücumuna reaksiyasını mülayimləşdirməyə inandırmaq üçün kifayət qədər təsirə malik deyillər.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Qəzet İsrail kəşfiyyatının keçmiş zabiti Denni Citronoviçdən bununla bağlı rəy alıb.

Onun fikrincə, ABŞ prezidenti Co Baydenin administrasiyası İsraildən “İrana daha yumşaq cavab verməyi” istəyə bilər, lakin sürətlə yaxınlaşan prezident seçkilərini nəzərə alaraq, ABŞ rəsmilərinin təsir gücü qalmayıb.

“Bu eskalasiyanın sonunun nə olacağını proqnozlaşdırmaq çətindir. İsrailin hərəkətləri şübhəsiz ki, İranın növbəti cavabı ilə nəticələnəcək. Görünür, biz İsrail və iranlılar arasında sərt qarşıdurmanın başlanğıcındayıq”, - deyə ekspert bildirib.

Musavat.com

02.10.2024 12:54
458