Seçki saxtakarlığına qarşı mübarizəyə dair sərəncam imzalayacam - Tramp

ABŞ prezidenti Donald Tramp ölkədə seçki saxtakarlığının qarşısını almaq üçün bir sıra tədbirləri nəzərdə tutan sərəncam imzalamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, o, bu barədə avqustun 30-da Truth Social hesabında məlumat paylaşıb: "Seçicilərin şəxisyyətinin müəyyənləşdirilməsi hər seçkidə olmalıdır. İstisna yoxdur! Bununla bağlı sərəncam imzalayacam!!! Ağır xəstə olanlar və ya uzaqda yerləşən hərbi qulluqçular istisna olmaqla, poçtla səsvermə də aparılmır. Yalnız kağız bülletenlərdən istifadə edin!!!".

Qeyd edək ki, Tramp bu ayın əvvəlində ABŞ seçki sistemində islahatlar aparmaq və poçt vasitəsilə səsvermədən imtina etmək niyyətində olduğunu bildirib. O, bu metodun saxtakarlığa qarşı həssas olduğunu dəfələrlə vurğulayıb. Tramp Amerikanın bir sıra ştatlarında seçkilərin müxtəlif səviyyələrində olan seçicilərin seçki məntəqələrində praktiki olaraq sənədlərinin yoxlanılmamasına diqqət çəkib.

Musavat.com

 

31.08.2025 08:12
319