Aralıq hesabat Koalisiyanın sosial şəbəkə hesablarında ingilis dilində yerləşdirilib və beynəlxalq auditoriya üçün əlçatandır
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Aralıq hesabatını beynəlxalq təşkilatlara və diplomatik nümayəndəliklərə təqdim edib. Hesabat, həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasına təqdim olunub.
Musavat.com xəbər verir ki, Aralıq hesabatda seçkiqabağı mühit, namizədlərin irəli sürülməsi, imzatoplama mərhələsi və namizədlərin qeydiyyatı, seçki siyahılarının dəqiqləşdirilməsi, seçkiqabağı təşviqatın ilk həftəsi ilə ilə əlaqədar dəyərləndirməni əks etdirir. Hesabatda, həmçinin qeydə alınmış namizdlərlərin gender və yaş göstəriciləri, vətəndaş cəmiyyətini, bələdiyyələri təmsil edən namizədlər haqqında ətraflı analiz verilib. Hesabatda Koalisiyanın tövsiyyələri də əks olunub.
Koalisiya, həmçinin səsvermə günündən sonra ilkin və daha sonra yekun hesabatla çıxış edəcək.
Aralıq Hesabatı aşağıdakı linklər vasitəsilə Azərbaycan və İngilis dillərində yükləyə bilərsiniz.
https://drive.google.com/.../14eghfuWBEunvCE3tMd0.../view...
https://drive.google.com/.../1HUwcNkGHFJuTn7wkqHf.../view...
Qeyd edək ki, Koalisiya işğaldan azad olunmuş ərazilər və Naxçıvan MR-də daxil olmaqla ölkə üzrə 75 seçki dairəsində 500 nəfər müşahidəçi ilə müşahidə aparacaq. Müşahidəçilərin əksəriyyəti QHT üzvləri, fəalları və könüllüləridir. Koalisiya aralıq və yekun hesabat hazırlayacaq, hesabatlar ingilis dilində beynəlxalq auditoriya üçün də əlçatan olacaq.
Qeyd edək ki, “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək. Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB, Hüquqi Təhlil və Araşdırmalar İB, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən yaradılıb. “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklyuzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obektiv qiymətləndirmə ilə təmin etməkdir.
Musavat.com