Müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu arasında yenidən qalmaqal başlayıb.
Bu dəfə mübahisəyə səbəb onların oxuduğu mahnı olub.
Belə ki, hər iki ifaçı eyni mahnı fərqli şəxslər tərəfindən satılıb.
"Cənnətim" adlı mahnını ilk Şəbnəm oxuyub və müəllif kimi başqa şəxs qeyd edilib. Şəbnəm mahnını ötən gün təqdim edib.
Vəfa isə mahnını bu gün təqdim edəcəyini bildirib. O, bəstənin sözlərinin özünə aid olduğunu vurğuluyub.
"Mahnını aldığım adamla yazışmalarım, pulu ödəməyim, çek, hamısı var. Mən elə şey etmərəm" deyə, Vəfa iddialara cavab verib.
Qeyd edək ki, Şəbnəm və Vəfa illərdir küsülüdür. Onların mübahisəsinə səbəb Şəbnəmin keçmiş sevgilisinin hazırda Vəfa ilə birlikdə olması olub. (Axşam.az)