Şəbnəm Tapdıq Şəbnəm Tovuzlunu məhkəməyə verdi

Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzlunu məhkəməyə verib.

Bu haqda Şəbnəm "Tarixin bir günü" verilişində deyib. O bildirib ki, ona məhkəmə kağızı yollayıblar:

"Məhkəmədən məktub gəlib. Mənimlə aqresiv danışır. Dedim ki, sizin dünyasını dəyişən anaya hörmətiniz varsa, etməyin. Anam 29 yaşında vəfat edib, Şəbnəm Tapdığa fanatlıq edib, adı mənə qoyublar. Dəfələrlə ona demişəm ki, məndən nə istəyirsən? Deyir, adını Şəhnur və ya başqa ad qoy. Bu, nə düşüncədir? Anamın yadigarı olan addır. Qanun qarşısında boyum qıldan incədir, məhkəməyə gedəcəyəm. Amma ona görə adımı dəyişməyəcəyəm".//Axşam.az

13.12.2023 18:22
2895