Şəbnəm “Həmin ağrılar”ı təqdim etdi - VİDEO

Müğənni Şəbnəm Tovuzlu "Həmin ağrılar" mahnısına çəkilən klipini təqdim edib.

Musavat.com xəbər verir ki, müğənninin yeni işi "Youtube" kanalında yerləşdirilib.

Ş. Tovuzlu bildirib ki, yeni mahnısının payız aylarının hiti olacağına inanır: "Mahnı ilk dinlədiyim anda ürəyimə yatdı. Sonra bəstəni kliplə təqdim etmək qərarına gəldim. Tam romantic payız mahnısıdır. Sevənlərin ürəyincə olacağını düşünürəm".

Qeyd edək ki, bəstənin sözləri və musiqisi Şöhrət Məmmədova məxsusdur. Aranjimanı Ferşid Milani edib.

10.10.2023 13:37
1626