45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd Səbinə Salmanovanın seçiciləri ilə görüşləri davam edir.
Musavat.com xəbər verir ki, deputatlığa namizəd bu gün Vətən müharibəsi qəhrəmanı Camal İsmayılovun ailəsində olub.
Müharibə qəhrəmanının üç övladının və həyat yoldaşının da iştirak etdiyi görüşdə Səbinə Salmanova dövlətimizin müharibə iştirakçılarına göstərdiyi qayğıdan, müharibə veteranları və qazilərin qarşılaşdıqları problemlərdən və onların həlli yollarından danışıb.
Səmimi şəraitdə baş tutan görüşdə ailə təbliğat-təşviqat kampaniyasının gərginliyində vaxt taparaq onları ziyarət etdiklərinə görə Səbinə Salmanovaya öz təşəkkürlərini bildiriblər.