Serebral iflicli uşağın valideynlərini aldadaraq 3 milyon rubllarını mənimsəyən saxta həkimlər Nikolay və Liliya Nikonovlar Qazaxıstanda saxlanılaraq Moskvaya təhvil verilib.
Musavat.com aif.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə istintaq idarəsin məlumat yayıb.
Müstəntiqlərin fikrincə, xüsusi tibb təhsili olmayan Nikolay Nikonov özünü serebral iflicli uşaqların müalicəsinin effektiv metoduna malik tibb mütəxəssisi adlandırıb. 2018-2020-ci illər arasında o, bir qızı müalicə etməyə başlayıb və ona masaj kursu verib. Buna görə o, qızın valideylərindən 3 milyon rubldan çox pul alıb. Lakin uşağın vəziyyəti daha pisləşib və valideynlər dövlət xəstəxanalarından birinə müraciət etməyə məcbur olublar.
İstintaqın məlumatına görə, N.Nikonova həyat yoldaşı Liliya da kömək edib. O da xəstə qızı masaj edib və bunun üçün pul alıb.
Saxta həkimlərə qarşı CM-nin dələduzluq və təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddələri ilə cinayət işi açılıb.
İdarədən verilən məlumata görə, ər-arvad məsuliyyətə cəlb ediləcəklərini anlayaraq başqa dövlətin ərazisinə keçib, istintaqdan yayına biliblər. Onların haqqında qiyabi ittiham irəli sürülüb, həbs qərarı çıxarılıb və dövlətlərarası axtarışa veriliblər.
“Müstəntiqlərin digər dövlətlərin səlahiyyətli orqanları ilə birgə işi zamanı təqsirləndirilən şəxslərin Qazaxıstan ərazisində gizləndiklər yeri müəyyən edilib. Təqsirləndirilən şəxslər istintaq hərəkətlərinin aparılması üçün Moskvaya ekstradisiya olunublar”, - məlumatda deyilir.
Musavat.com