Saxta 100 manatlıqla benzin almaq istədi - Tutuldu

Bakıda saxta pulla yanacaq almaq istəyən şəxs tutulub.

Musavat.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 43 yaşlı R.Novruzov saxlanılıb.

O, araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.

02.10.2024 16:52
881