Rusiyanın Federal Təhlükəsizli Xidməti Saxalindəki enerji obyektində terror aktının qarşısını alıb.
Musavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat yayıb.
Məlumatda bildirilir ki, terror aktını törətməyə çalışan çəxs Ukrayna millətçilərinin tərəfdarıdır və o saxlanılıb.
“Yujno-Saxalinsk şəhərində FTX adanın enerji sistemi obyektində və hərbi komissarlıqda terror aktlarının hazırlanmasının qarşısını alıb. Qeyri-qanuni fəaliyyətlə məşğul olan, Ukrayna neonasizminin tərəfdarı olan 1980-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb”, - xidmətdən bildirilibş
Musavat.com