Savaş BÖYÜYÜR - Putin nüvə qılıncını çıxarır -GƏRGİNLİK pik həddə - hərbi ekspertlə CANLI

Rusiya Prezidenti Vladimir Putin yenidən dünyanı nüvə silahından istifadə etməklə hədələyir. Amerikalı analitiklər əmindirlər ki, bu tip silahların Ukrayna və ya dünyanın hər hansı başqa ölkəsində istifadə edilməsi ehtimalı azdır.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir. İnstitut Rusiyanın martın 1-də RS-24 “Yars” qitələrarası ballistik raketinin uğurla sınaqdan keçirilməsinə diqqət çəkir.

Amerikalı analitiklər Putinin fevralın 29-da Federal Məclisdə çıxışı zamanı səsləndirdiyi təhdidləri də xatırladırlar. Rusiya lideri çıxışında açıq şəkildə Qərb ölkələrini vura biləcək silahlara sahib olduqlarını bildirib. “Kreml tez-tez nüvə qılıncının cingiltisindən Qərb auditoriyasında qorxu yaratmaq və Qərbin Ukraynaya dəstəyini zəiflətmək üçün istifadə edir. Rusiyanın Ukrayna və onun hüdudlarından kənarda nüvə silahından istifadə etməsi ehtimalı azdır”, - ABŞ institutu qeyd edir.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyev olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

02.03.2024 13:15
719