Şaurma yeyən 11 yaşlı qız öldü

Tatarıstan Respublikasının Tetyuşi şəhərində 11 yaşlı məktəbli Lenin küçəsində yerli mağazadan aldığı şaurmanı yedikdən sonra ölüb.

Musavat.com lent.az-a istinadən bildirir ki, qız şaurma yedikdən iki gün sonra şiddətli ürək bulanmasından şikayət edib. Yaxınları onu xəstəxanaya aparıb, həkimlər ona zəhərlənmə diaqnozu qoyublar.

Həkimlər məktəbli qızın həyatı üçün beş gün mübarizə aparsalar da, nəticəsi olmayıb. Qız avqustun 27-nə keçən gecə dünyasını dəyişib.

Qeyd olunur ki, şaurmanın alındığı müəssisə ilə bağlı araşdırma aparılır.

01.09.2024 15:43
721