Bakıxanov qəsəbəsində mağazadan oğurluq olub.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, naməlum şəxs əvvəlcə yaxınlıqdakı meyvə-tərəvəz mağazasının satıcısı adından marketin kassirinə yaxınlaşaraq 1 manat pul istəyib. Özünü guya meyvə-tərəvəz dükanının satıcısıyla danışırmış kimi aparan kişi daha sonra 100 manat da alaraq ərazidən uzaqlaşıb.
Baş verən hadisə təhlükəsizlik kameralarına əks olunub.
Həmin görüntüləri təqdim edirik: