Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanovun sözlərinə görə, 6 il əvvəl Nikol Paşinyan Ermənistanın qapılarını düşmənlərin üzünə açıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Şarmazanov facebook səhifəsində yazıb.
Onun iddiasına görə, 2 oktyabr 2018-ci il Ermənistan Respublikasının müasir tarixində Ermənistan Respublikasının demokratiya və suverenliyinə qəsd günü kimi qalacaq.
“Həmin gün parlamentə qarşı görünməmiş qanunsuz təzyiq və şantaj olub.
“Ya mən baş nazir olacağam, ya da Ermənistanda baş nazir olmayacaq” – şantajı ilə hakimiyyəti ələ keçirən adam parlamenti zəbt etdi. Bir beynəlxalq təşkilat və ya səfirlik buna qarşı çıxış etməyib. Bu, Ermənistan Respublikasının Konstitusiyasının və qanununun pozulması idi, buna görə günahkarlar gec-tez qanun qarşısında cavab verməlidirlər. Təzyiq altında respublikaçı çoxluğa malik parlament dağıdıldı, Qarabağın azərbaycanlaşmasına, Ermənistanın türkləşdirilməsinə (?) yol açıldı. Nikol müharibə, məğlubiyyət və fəlakət gətirdi.
Ermənilər onun yalanlarına qulaq asaraq türkün qarşısında Ermənistanın qapılarını açdı”, – deyə revanşist Şarmazanov yazıb.
Musavat.com