Şarl Mişeldən sərhəddəki gərginliyə MÜNASİBƏT

“Azərbaycan-Ermənistan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir”.

Musavat.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

O qeyd edib ki, tam və dayanıqlı atəşkəs şərtdir:

“Sülh və sabitliyin alternativi mövcud deyil. Bunu təmin etmək üçün diplomatiyanın alternativi yoxdur”.

“Mən həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistan Baş naziri Nikol Paşinyanla əlaqə saxlayıram. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel danışıqlar üçün Bakı və İrəvana gedəcək”, - Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb. 

13.09.2022 15:41
1181