Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.
O, Qazaxıstan və Özbəkistana gözlənilən səfərlər barədə tvit yazıb.
Mişel qeyd edib ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 26-27-də Astanada olacaq, oktyabrın 28-də isə prezident Şavkat Mirziyoyevlə danışıqlar aparmaq üçün Daşkəndə yollanacaq.
“Aİ Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirməyə və regional əməkdaşlığı dəstəkləməyə hazırdır”, - Avropa İttifaqı Şurasının rəhbəri yazıb.