Şarl Mişel dünya müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib

Avropa Şurasının rəhbəri Şarl Mişel deyir ki, üçüncü dünya müharibəsi təhlükəsi çox reallaşıb.

Musavat.com xəbər verir ki, o, bu barədə Belçikanın “Soir” qəzetinə müsahibəsində bildirib.

Rəsmiyə görə, hazırda bütün dünya “son dərəcə təhlükəli an” yaşayır.

“Üçüncü dünya müharibəsi realdır, lakin biz bundan qaça bilərik və bunu etməliyik. Tarixin axarını dəyişmək hələ də mümkündür”, - deyə o qeyd edib.

Eyni zamanda, Mişel qarşıdurmanın başlayacağı təqdirdə hansı dövlətlərin cəlb oluna biləcəyini dəqiqləşdirməyib.

O, əmin olduğunu bildirib ki, Avropa İttifaqı (Aİ) hərbi quruculuğu regional ictimaiyyətin transformasiyasının əsas elementlərindən birinə çevirməlidir. Ş.Mişel həmçinin assosiasiyaya üzv ölkələrin iqtisadi gücünə əsaslanacaq və müdafiə sənayesinin inkişafını hədəfləyən “yeni arzu” yaratmağa çağırıb.

Bundan əlavə, Avropa Şurasının rəhbəri ABŞ-da keçiriləcək prezident seçkilərindən danışıb. Mişelin dediyi kimi, prezidentliyə namizədlər bir çox iqtisadi məsələlərdə oxşar mövqe tuturlar. Bununla bağlı o, belə qənaətə gəlib ki, Aİ-nin respublikaçı rəqibi Donald Trampın mümkün qələbəsindən qorxmağa ehtiyac yoxdur.

2024-cü il dekabrın 1-də Mişel Avropa Şurasının rəhbəri vəzifəsini tərk edəcək. Onun varisi Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta olacaq, o, Ukraynaya hərbi yardım göstərmək siyasətini fəal şəkildə dəstəkləyəcəyini vəd edib.

Tramp bundan əvvəl dünya müharibəsinin başlanmasının qarşısını alacağına söz vermişdi.

Musavat.com

05.11.2024 14:33
290