Sarkisyan yenidən məhkəməyə verildi

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan və digərlərinin işi yeni məhkəmə baxışına göndərilib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan yerli mediaya açıqlama verilib.

Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsi “dizel işi” üzrə ümumi yurisdiksiya məhkəməsinin bəraət hökmünü ləğv edərək, prokurorun şikayətini təmin edib.

Musavat.com

18.04.2025 18:04
197