Türkiyənin Diyarbəkir vilayətində şarj cihazına taxılan telefonun alışması nəticəsində baş verən yanğında ana və 4 uşağı xəsarət alıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın gecə saatlarında Bağlar rayonu Muradiye məhəlləsində baş verib.
İddiaya görə, ana evdə yatarkən telefonu şarjda saxlayıb.
Məlumata görə, yanğında ana Ruken K.(30 yaş), uşaqları Umut (11), Buse (9), Onur (7) və Həsrət (3) tüstüdən zəhərlənib.
Yuxudan ayılan və alovu görən Ruken K. ətrafdakılardan kömək istəyib. Hadisə yerinə gələn xilasedicilər ana və 4 uşağı təxliyə edərək xəstəyanaya yerləşdirib.
Musavat.com