Saray postunda qəza: 3 maşın bir-birinə çırpıldı - FOTOLAR

Saray postunun yaxınlığında zəncirvari qəza baş verib.

Musavat.com xəbər verir ki, "Renault" markalı maşın hərəkətdə olan “Mitsubishi Pajero” markalı avtomobilə çırpılıb. O isə öz növbəsində traktorla toqquşub.

Hadisəyə səbəb "Renault" markalı maşının sürüşməsi olub.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.

Şahanə Rəhimli,
Musavat.com

29.12.2024 16:47
922