Saratovda kütləvi dava salan beş əcnəbi saxlanılıb

Polis Saratov şəhərinin Oktyabrski rayonunda baş verən dava iştirakçılarını saxlayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə oktyabrın 16-da Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, oktyabrın 15-də axşam saatlarında Beqovaya və Bolşaya Sadovaya küçələrinin kəsişməsində bir qrup şəxs tərəfindən ictimai asayişin pozulması barədə polisə məlumat daxil olub.

Nəticədə polis əməkdaşları münaqişədə iştirak etməkdə şübhəli bilinən 5 əcnəbini saxlayıb və polis bölməsinə aparıblar. İndi qanun pozucuları inzibati həbs edilənlər üçün kameraya salınıb. İş üzrə toplanmış bütün materiallar əlavə baxılması üçün məhkəməyə veriləcək.

Saxlanılan əcnəbilərin milliyyəti haqda məlumat verilmir.

Musavat.com

16.10.2024 12:36
242