Şaraa qardaşına VƏZİFƏ VERDİ

Suriya prezidenti Əhməd əl-Şaraanın qardaşı Mahir əş-Şaraa Prezident Sarayının baş katibi təyin edilib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu haqda Suriya mətbuatı məlumat yayıb.

Hələlik təyinatı təsdiqləyən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Mahir əş-Şaraa Əsəd rejiminin devrilməsindən sonra bir müddət Suriyanın keçid hökumətinin səhiyyə naziri postunu tutub.

Mahir əl-Şara tibb elmləri doktorudur. Onun ikinci təhsili isə səhiyyə sistemlərinin idarə edilməsi üzrə olub.

Suriya prezidentinin qardaşı Prezident Sarayının baş katibi təyin edilib

 

06.04.2025 02:27
1205