Xalq artisti Şeyx Əbdül Mahmudov açıqlaması ilə müzakirələrə səbəb olub.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, rejissor "Gəl, danış" proqramında qonaq olub. Qızı evdən qaçan ata verilişə müraciət edərək yardım istəyib. Qızın atası ilə görüşmədiyini eşidən Mahmudov bunları deyib:
"Köhnə kişi olduğum üçün deyirəm ki, şapalaq mütləq lazımdır. Əlavə olaraq deyirəm ki, müəllim şapalağı da lazımdır. Bu şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq".