Şanlıurfada müəllimləri daşıyan avtobus qəzaya uğrayıb, çoxlu sayda yaralı var

Türkiyənin Şanlıurfa şəhərində müəllimləri daşıyan xidməti avtobus qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində çoxlu sayda müəllim yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər cəlb olunub.

Qəzanın səbəbi məlum deyil.

22.12.2023 18:13
528