ABŞ Maliyyə Nazirliyinin sanksiya tətbiq etməsindən sonra fəaliyyətini dayandıran Rusiyanın Sankt-Peterburq Birjası noyabrın 6-da yalnız Rusiya mənşəli qiymətli kağızlarla hərracları bərpa edəcək.
Musavat.com Birjanın yaydığı açıqlamaya istinadən xəbər verir ki, xarici ölkə mənşəli qiymətli kağızlarla hərracların nə zaman və hansı şərtlərlə bərpa olunacağına dair əlavə SPB-nin saytında yerləşdiriləcək.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin qərarı açıqlandıqdan sonra SPB-də bütün növ qiymətli kağızların kəskin ucuzlaşması fonunda Birjanın fəaliyyəti dayandırılıb.
Musavat.com