Rusiyada yaşayan erməni iş adamı Samvel Karapetyanın təşəbbüsü ilə Ermənistanda yeni siyasi qüvvə formalaşır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun 13 avqust tarixli müraciəti 29 avqustda “Po-svoyemu” (“Özünəməxsus”) adlı xalq hərəkatının təqdimatı zamanı səsləndirilib.
Karapetyan müraciətində hərəkatın gələcəkdə siyasi qüvvəyə çevriləcəyini açıq şəkildə bəyan edib.
Karapetyan iddia edib ki, “Po-svoyemu” hərəkatı yeni siyasi partiyanın təməlini təşkil edəcək və bu partiya “cəmiyyətin ehtiyac duyduğu qüvvəyə” çevriləcək.
Müşahidəçilər hesab edir ki, Karapetyanın bu bəyanatı Ermənistanda siyasi rəqabətin yeni mərhələsinin başlanğıcına işarədir.
Musavat.com