Dəhşətli faciə odur ki, bu qədər rüsvayçılıqdan sonra belə Ermənistan hakimiyyəti nə Qarabağ kimi köhnə problemi həll etməyi, nə də Türkiyə ilə münasibətləri normallaşdırmağı bacarıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin keçmiş deputatı Samvel Farmanyana məxsusdur.
“Halbuki bu iki vəzifənin öhdəsindən gəlinməsi Ermənistan dövlətçiliyinin uzunmüddətli mövcudluğunun təmin edilməsi baxımından həyati əhəmiyyət kəsb edir”, - deyə sabiq deputat Paşinyanı səriştəsizlikdə suçlayıb.
Musavat.com