“Məni dəvət etdilər, gəldim, görək nə sual verəcəklər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Qarabağ savaşındakı məğlubiyyətin araşdırılması üzrə komissiyasının iclasında qondarma “Qarabağ Təhlükəsizlik Şurası”nın “keçmiş katibi” Samvel Babayan jurnalistlərlə söhbətində deyib.
“Məni dəvət etdilər, görüşdə iştirak etməyə razılaşdım və onların suallarını cavablandırmağa hazıram. Mən niyə bundan qaçmalıyam?”, - deyə Babayan bildirib.
O, hadisələrə son 20 ilin kontekstində baxmağı təklif etdiyini, lakin təkliflərinin qəbul olunmadığını, ona görə də əvvəllər gəlmədiyini söyləyib. Babayan Qarabağ məsələsinin həll olunmadığını və heç vaxt həll edilə bilməyəcəyini deyib.
Musavat.com