Baş Prokurorluq bu gün Samuxda Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.
Musavat.com-un prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
Musavat.com bildirir ki, Təbriz Abdullayev "Gənc Qazilər" İB-nin Samux rayon Filialının sədridir.
Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya - Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.