Samuxda minik və yük avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var

Samux rayonunda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb.

Belə ki, yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sərnişini - 1953-cü il təvəllüdlü Knyaz Mustafayev ölüb. Hadisə zamanı daha iki nəfər isə xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

09.09.2022 13:00
571