Samuxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
1975-ci il təvəllüdlü Eldəniz Zakirov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməmliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin səbəbi araşdırılır.