Samux polisindən əməliyyat: saxlananlar var

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri Raqif Balakişiyev və Elgiz Quliyev qabaqcadan əlbir olaraq rayon ərazisindəki 2 fərdi yaşayış evindən müxtəlif məişət avadanlıqlarını oğurlayıb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutların bir qismi ilə birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

18.05.2022 17:52
573