Samur-Abşeron kanalından kişi meyiti tapılıb.
Musavat.com-un APA-ya istinadən məlumatına görə, onun Quba rayon sakini 1981-ci il təvəllüdlü Yusifov Ramin Adil oğlu olduğu müəyyən edilib.
Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.