Avroviziya təmsilçimiz Samirə Əfəndi canlı efirdə qorxulu anlar yaşayıb.
Musavat.com olay-a istinadla xəbər verir ki, “Rəngarəng” verilişində onunla oyun oynanılıb: Samirə gözübağlı şəkildə əli ilə qutuda nə olduğunu təxmin etməli olub.Sonuncu qutuya isə diri ilan qoyulub.
Bu zaman digər qonaq aktyor Elməddin Cəfərov “Samirə bəsdir, alqışlar” deyərək oyunu dayandırmaq istəyib. Lakin aparıcılar davam edtirib.
S. Əfəndi bir neçə dəfə toxunduqdan sonra onun diri ilan olduğunu başa düşüb və qorxaraq gözünü açıb.