Samir MTV-dən getdi

Aparıcı Samir Bayramlı MTV-dəki fəaliyyətinə son qoyub. 

Bu haqda o, özü məlumat yayıb.

Samir bildirib ki, 7 ildir çalışdığı kanalla yollarını ayırıb:

"Kanalla qarşılıqlı anlaşma və öz istəyimlə yollarımı ayırdım. Hər nə olursa, xeyirliyə doğrudur, deyib yola davam... Qismət olsa, yeni layihələrdə efirdə görüşmək diləyi ilə".

Qeyd edək ki, Samir bundan əvvəl ATV kanalında çalışıb.//Axşam.az

18.09.2024 15:46
572