Samir Bağırovdan şəxsi həyatı ilə bağlı suala reaksiya - VİDEO

Müğənni Samir Bağırov uzun fasilədən sonra "Gün ortası" verilişində qonaq olub.

Bir müddət əvvəl çəki alması ilə gündəmə gələn sənətçi arıqlayıb. Sualları cavablandıran Samir uzun müddətdir sənətdən uzaq qalmasının səbəblərini açıqlayıb:

"Bizim sənət belədir, hər zaman cavan qalmalıyıq. Heç kimi günahlandırmıram. Nə oldu səbəbkar mənəm. Diqqətsizliyə fikir vermirəm. Əsas səbəb: sənətə qarşı münasibətim dəyişdi. Uşaqlıqdan oxumaq, müğənni olmaq böyük arzum idim. Təəssüf ki, bilmədim bu sənət sərt, çirklidir. Yaxşı insanlar üçün deyil. Yaxşı, səmimi biri yaşaya bilməz, yox edəcəklər onu. Səhnə təbii daş qəbul etmir, sünini qəbul edir. Maska taxmalısan burada. Hər çıxan insan özü olmur, maska taxır. Sənətdə uğurlu olmaq istəyirsənsə qara tərəfdə olmalısan. Bəzən sanki içimə şeytan girirdi. Sonra özümə gələ bilmirdim ki, mən nə etdim, nə söz dedim? Bu, mən deyiləm".

Şəxsi həyatı ilə bağlı suallara "50 yaşdan sonra şəxsi həyatdan danışmaq eyibdir. Mən səmimi insanam. Amma bu sənətdə yalan danışmalısan" reaksiyasını verib. (Axşam.az)

05.11.2024 11:50
2013