Samir Bağırov: "Bəzən içimə şeytan girirdi"

Müğənni Samir Bağırov uzun fasilədən sonra efirə çıxıb.

Lent.az xəbər verir ki, Samir uzun müddətdir sənətdən uzaq qalmasının səbəblərini açıqlayıb:

"Heç kimi günahlandırmıram. Nə olubsa, səbəbkar mənəm. Sənətə qarşı münasibətim dəyişdi. Təəssüf ki, gənclikdə bilmədim bu sənət sərt, çirklidir. Yaxşı insanlar üçün deyil. Yaxşı, səmimi biri yaşaya bilməz, yox edəcəklər onu.

Səhnə sünini qəbul edir. Maska taxmalısan burada. Hər çıxan insan özü olmur, maska taxır. Sənətdə uğurlu olmaq istəyirsənsə, qara tərəfdə olmalısan. Bəzən sanki içimə şeytan girirdi. Sonra özümə gələ bilmirdim ki, mən nə etdim, nə söz dedim? Bu, mən deyiləm", - müğənni bildirib.

05.11.2024 02:02
640