Şamaxıda müəllimin şagirdi döyməsi araşdırılır

Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə apa-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Qeyd olunub ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi barədə məlumat yayılıb.

02.12.2022 13:42
424