Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Yevlax rayonu sakini saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı saxlanılan şəxs - əvvəllər məhkum olunmuş Surac Mahmudovdan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.

Qeyd edilib ki, araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.

01.03.2024 17:17
493