Şamaxıda bacı və qardaş dəm qazından zəhərlənib

Şamaxıda bacı və qardaş dəm qazından zəhərlənib.

Musavat.com-un "Qafqazinfo"ya istinadən xəbərinə görə, hadisə rayonun Dədə Qorqud massivində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü A.Babayev (şərti ad) və 2006-cı il təvəllüdlü Z.Həmzəyeva (şərti ad) zəhərlənmə əlamətlərilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Xəstələr müayinə olunub və vəziyyətləri stabil olduqdan sonra evə buraxılıblar.

21.01.2023 23:47
438