Şamaxı rayonunda 10 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"Report" xəbər verir ki, 2014-cü il təvəllüdlü C.Məmmədov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.