Şamaxı- Bakı yolu da bağlandı: Vətəndaşlar paytaxta gələ bilmir

Şamaxı-Bakı yolunun paytaxta giriş hissəsində 10-12 kilometrlik tıxac yaranıb.

Musacat.com xəbər verir ki, bununla bağlı fotonu jurnalist Qurban Yaquboğlu sosial hesabında paylaşıb.

Eyni zamanda tıxacla bağlı çətinlik hazırda Bakının daxilində də yaşanır. Vətəndaşlar bildirirlər ki, "Masazır kruqu" adlanan ərazidə 40 dəqiqədən çox tıxacda qalıblar.

Qeyd edək ki, Bakı şəhəri Formula 1 Azərbaycan Qran Prisinə 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Bununla əlaqədar paytaxtın əksər hissəsində yollar bağlanıb.

Şahanə Rəhimli
Musavat.com

11.09.2024 09:37
1842